Piyada zolaqlarının rənglənməsinə start verildi – FOTO + VİDEO

Qaydalar 3 Sentyabr 2015 12:30 Oxunub 1600
Piyada zolaqlarının rənglənməsinə start verildi  – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Nəqliyyat Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib. 

Avtosfer.az xəbər verir ki, bu barədə ASC-dən oxu.az-a daxil olan məlumata görə, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir. Rənglənmə işləri ilə paralel olaraq vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Bununla əlaqədar olaraq eyni anda aytaxtın bir-neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də anoloji işləri aparılması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh