Yasamalda sürücü polisə bıçaq çəkdi

Yol polisi 7 Sentyabr 2015 12:42 Oxunub 1418
Yasamalda sürücü polisə bıçaq çəkdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abbasov əvvəllər məhkum olunub

Keçmiş məhbus yol polislərini bıçaqlamaq istəyib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Qaydaları pozduğu üçün saxlanılan sürücü yol polislərini bıçaqlamaqla hədələyib. Ş.Qurbanov küçəsində xidmətdə olan DYP müfəttişləri Anar Alməmmədov və Ceyhun Bayramlı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünü saxlayıblar.

Avtomobil sürücüsünün polislərə cavabı sərt olub. O, maşından düşərək, hər iki polis əməkdaşını vuracağı ilə hədələyib. Ətrafda olan vətəndaşlar da sürücünü sakitləşdirməyə çalışıblar.

Hadisə yerinə Post-Patrul Xidmətinin əməkdaşları da gəliblər. “Lada Priora” markalı avtomobilin sürücüsü Rasim Abbasov saxlanılıb. Məlum olub ki, Zaqatala sakini olan R.Abbasov əvvəllər məhkum olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh