Burada hərəkət hissələrinin neçə kəsişməsi var? - DOĞRU CAVAB

Yarışma 7 Sentyabr 2015 17:21 Oxunub 4954
Burada hərəkət hissələrinin neçə kəsişməsi var? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş şəxsin kimliyi açıqlayır. Budəfəki sualımız yol hərəkətinə aid ümumi anlayışlarla bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında hərəkət hissələrinin neçə kəsişməsi var?

A) 2;

B) 1;

C) 4.

Sualın doğru cavabı belədir: Şəkildə verilən yolayrıcında kəsişən yollardan birinin ayırıcı zolağı var və deməli, bu yol iki hərəkət hissəsindən ibarətdir. Ona görə də yolayrıcında hərəkət hissələrinin iki kəsişməsi var. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  Bu yolayrıcında hərəkət hissələrinin iki kəsişməsi var.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Artıq üçüncü dəfədir suala ilk cavab verən Raqif müəllimi bir daha təbrik edirik.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh