Sürücü səhvini düzəltmək üçün nə etməlidir? - YENİ SUAL

Yarışma 8 Sentyabr 2015 20:47 Oxunub 2732
Sürücü səhvini düzəltmək üçün nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yolayrıcında sola dönməli olan bu avtomobilin srücüsü səhvən yolayrıcını düzünə keçmişdir. O, səhvini düzəltmək üçün nə etməlidir?

A) “A” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra düzünə hərəkətini davam etdirməlidir;

B) “B” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra sola dönərək hərəkətini davam etdirməlidir;

C) Getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Bisen 9 Sentyabr 2015 14:08
c
Vusal Haciyev 8 Sentyabr 2015 23:47
C Getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.