Bakıda “QAZ 24” yol polisinin maşınını vurdu

Yol polisi 8 Sentyabr 2015 00:15 Oxunub 1451
Bakıda “QAZ 24” yol polisinin maşınını vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib

Bakıda yol polisinin avtomobili qəzaya düşüb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Qəzaya səbəb “QAZ 24” markalı 10 EG 843 dövlət nömrə nişanlı avtomobil olub. Sürücü avtomobili Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Sadıx Sadıxovun xidmətdə olan zaman idarə etdiyi «BMW» markalı 99 YP 264 nömrəli avtomobilə vurub. “QAZ 24”ü idarə edən şəxs Bakı şəhər sakini Elbrus Mehdiyev olub. Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh