Bakıda «Niva»nı saxlayan yol polisini döydülər

Yol polisi 11 Sentyabr 2015 13:38 Oxunub 3795
Bakıda «Niva»nı saxlayan yol polisini döydülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb

Bakıda yol polisinin döyülməsi ilə nəticələnən insident baş verib. Hadisə sentyabrın 8-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində baş verib. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Dövlət Yol Polis İdarəsinin əməkdaşları 10 CA 030 dövlət nömrə nişanlı “Niva” markalı maşını saxlayıblar. Səbəb maşında uzaq vuran əlavə işığın quraşdırılması olub. Bu zaman sürücü ilə DYP əməkdaşı, baş serjant Səbuhi Zeynalov arasında mübahisə yaranıb. Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb. “Niva”da olan sərnişin isə polisi döyərək hadisə yerindən uzaqlaşıb. Araşdırma zamanı sürücünün Şamil Rüstəmov olduğu məlum olub. Polisi vuran şəxs isə Məhərrəm Səfərov olub. Hər iki şəxsin saxlanıldığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh