Yol polisi Bakıda gündüz reydlərinə başladı – 20-40 manat cərimə - VIDEO

Yol polisi 12 Sentyabr 2015 01:10 Oxunub 4708
Yol polisi Bakıda gündüz reydlərinə başladı – 20-40 manat cərimə - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dəfə dayanma-durma qaydasını pozan sürücülər cərimələnir

Paytaxt yollarında yol polisi reydlərə start verib. Hədəfdə avtobus dayanacağında və qanunsuz yerlərdə dayanma-durma qaydasını pozan sürücülər olub. Dünən keçirilən reyddə xeyli taxsi sürücüsü də cərimələnib. Yol polisləri bu addımları yeni dərs ili ərəfəsində Bakı küçələrində avtomobil sıxlığına qarşı təddbirlər çərçivəsində atıb. Metronun «Azadlıq» stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində dayanacağın qarşısında avtomobil saxlayaraq avtobus və sərnişinlərə mane olan taksi sürücüləri cərimələnib.

Cavadxan küçəsində isə sıxlıq əsasən gül dükanın yanında yaşanır. Sözü gedən məkana polisin gəlməsi ilə taksi sürücüləri aradan çıxdılar. Amma gül almağa gələnlər və avtomobili bəzətdirən sürücülər məsuliyyətdən yayına bilmədilər. Bir saat davam edən reyddə 25 sürücüyə inzibati pratakol yazıldı. Onlara 20 ilə 40 manat arasında cərimə yazıldı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh