Şəkidə motosiklet satışı başladı

Avtobazar 13 İyun 2014 18:53 Oxunub 2907
Şəkidə motosiklet satışı başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bölgə sakinlərinə ilk olaraq “Zontes” markalı iki növ motosiklet təqdim olunub

Şəkidə Azman CO şirkətinin filialı açılıb. ANS-in məlumatına görə, Azman CO şirkətinin Şəkidə açılan filialında bölgələrdə ilk dəfə olaraq, motosikllərin satışına başlayıb. Rayonun Axundov prospektində yeni açılan salonda bölgə sakinlərinə ilk olaraq “Zontes” markalı həm idman, həm də klassik iki növ motoskl təqdim olunacaq. Onların dizayn fərqi olsa da motor gücü eynidir. Sürət həddinin maksimum 140 olduğunu deyən təmsilçi onu da bildirdi ki, bir çoxları bu nəqliyyyat növünü təhlükəli hesab edir. Lakin nəqliyyat vasitəsindən asılı olmayaraq, təhlükəsizlik qaydalarına əməl olunarsa motoskl daha rahat minikdir. Şirkətdə bu motosklların həm servis, həm də ehtiyat hissələri də təqdim olunur. Həmçinin alınan mallara 6 ay 500 km olmaqla zavod trəfindən zəmanət verilir.

Şirkətin təmsilçisi Sənan Həsənovun sözlərinə görə, ilk dəfə regionlardan Şəkidə filial açılır. "5 ildən artıqdır bu motoskiletlər Azərbaycana gəlib, satılır keyfiyyətindən də alıcılar çox razıdır. Motoskiletlər yollar üçün ekonomik, tıxacda qalmamaq üçün, gəzinti, istirahət üçün çox sərfəlidir".

Son vaxtlar gənclər arasında bu nəqliyyat növünə marağın daha çox olduğunu deyən sakinlər bildirdilər ki yeni açılan bu salonun istifadəyə verilməsi gənclərdə motoskla olan marağı daha da artıracaq. Sakinlər qiymətlərində münasib olduğunu bildirdilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh