Avtosfer.az | Reklam
Polis 15 dəqiqə iki azərbaycanlı və bir ukraynalı xanımı təqib etdi
Yol polisi 16 Sentyabr 2015 13:28 657 dəfə oxunub
Polis 15 dəqiqə iki azərbaycanlı və bir ukraynalı xanımı təqib etdi
Sürücü sərnişinləri ilə polisdən nahaq yerə qaçmırdı

Sentyabrın 15-də Kiyevdə polislər təxminən 15 dəqiqə VAZ avtomobilində hüquq-mühafizə orqanları əməkdaşlaırndan qaçmağa çalışan asayişi pozanları təqib edib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, təqib zamanı sürücü yetərincə təhlükəli manevrlər edib. Polisdən qaçmağa cəhd edərkən, o, qırmızı işıqda keçib, qarşı yola çıxıb və digər maşınların yolunu kəsib.

Amma o, polislərdən qaça bilməyib. Saxlanılan maşında iki azərbaycanlı və bir ukraynalı xanım olub. Sürücünün nə avtomobil üçün sənədləri, nə də sürücülük vəsiqəsi olub.

Sürücü sərnişinləri ilə polisdən nahaq yerə qaçmırdı. Maşında aşkar edilən siqaret qutusunda narkotik vasitəyə bənzər ağ toz bağlaması aşkar edilib.  

Saxlanılanların hər üçü rayon milis şöbəsinə araşdırma üçün gətirilib.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh