Bakıda məktəbin qarşısında polisin paqonlarını cırdılar

Yol polisi 16 Sentyabr 2015 14:22 Oxunub 3419
Bakıda məktəbin qarşısında polisin paqonlarını cırdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə araşdırma aparılır 

Bakıda tədris ilinin ilk günündə məktəb binasının qarşısında polis paqonlarından məhrum olub. Avtosfer.az xəbər verir ki, bu barədə vesti.az-a Suraxanı Rayon Polis İdarəsindən bildiriblər. Əldə edilən məlumata əsasən, xoşagəlməz hadisə Yeni Günəşli qəsəbəsində, 282 saylı məktəbin binasının qarşısında səhər saat 8:00-da baş verib. "Hyundai Azera" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə maşını icazə olmayan yerdə park edib. Xidməti borcu ilə əlaqədar həmin ərazidə olan Suraxanı rayonu 33-cü polis bölməsinin baş leytenantı, 1989-cu il təvəllüldü  Anar Güləliyev və çevik reaksiya alayının çavuşu 1986-cı il təvəllüdlü Adil Novruzov sürücüyə xəbərdarlıq ediblər və ona maşını park etdiyi yerdən kənara çəkməyi xahiş ediblər. 

Amma Xuduzadə polislərin qanuni tələbini yerinə yetirmək əvəzinə onlarla dava etməyə başlayıb. Novruzova yumruq atan Xuduzadə onun paqonlarını cırıb.

Fakt üzrə araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh