Təqib edilən maşın avtobusun altına girdi - FOTOLAR

Qəzalar 14 İyun 2014 01:10 Oxunub 2334
Təqib edilən maşın avtobusun altına girdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi hadisə insanları şoka salıb, avtobusa arxadan dəyən maşın təkərlərin altında qalıb

İstanbulda ağır yol qəzası baş verib. Qəza insanları şoka salıb. Çünki avtobusa arxadan çırpılan maşın onun təkərləri altında qalıb. İddialara görə, xidmət maşınının təqibi nəticəsində nəzarətdən çıxan avtomobil sərnişin avtobusunun altına girib. Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 13-də səhər saatlarında Çankaya Cevizlidərə küçəsində baş verib. Məlumata görə, Destina Gülşən D. adlı xanımın idarə etdiyi maşın, nömrəsi bilinməyən bir avtomobil tərəfindən yolda təqib edilərək sıxışdırılıb. İdarəetməni itirən avtomobil qarşıda eyni yolda hərəkət edən avtobusun arxa təkər boşluğuna girib. İki təkər üstündə havada qalan avtomobil böyük çətinliklə ordan çıxarılıb. Hadisə zamanı sürücü xanım Destina Gülşən D. və həyat yoldaşı Halil D. yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır.


Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh