Mikroavtobus yoldakı çuxura düşdü - FOTO

Maraqlı 19 Sentyabr 2015 16:11 Oxunub 2080
Mikroavtobus yoldakı çuxura düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ətraf binalarda yaşayan insanlar təxliyə edilib

Türkiyədə bina tikintisi üçün qazılan bünövrənin qonşuluğundakı küçədə çökmə baş verib. Çökmə nəticəsində yolda park edilən maşın yaranan çuxura düşüb. Hadisə Yaşıltəpə küçəsində meydana gəlib. Çöküntü saat 05:00 radələrində baş verib. Ətraf binalarda gurultu səsinə oyanan insanlar hadisə barədə polis və yanğınsöndürmə briqadalarına xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları ərazidə araşdırma apararkən polis dəstələri də çökmənin baş verdiyi küçəni təhlükəsizlik zolağı ilə bağlayıblar. Yaxınlıqda yerləşən bina sakinləri təxliyyə edilib. Mikroavtobus sahibi Orxan Əngin "Gecə təxminən saat 02:00-da işdən gəldim. Maşını park edib evimə getdim. Sonra bu hadisə baş verib. Məhəllə sakini olan dostum xəbər verdi. Hadisə yerinə gələndə maşınım çuxura düşmüşdü. Su borusu partlayıb. Su tədricən torpaq yolun içinə yığılıb. Sonra çöküntü meydana gəlib", -deyə açıqlama verib. CNN

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh