Polis şübhəli şəxsi vertolyotdan atəşə tutdu - VİDEO

Yol polisi 20 Sentyabr 2015 17:05 Oxunub 2007
Polis şübhəli şəxsi vertolyotdan atəşə tutdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ-da soyğunçu polisin "maşını saxla" əmrinə tabe olmayıb

ABŞ-ın Kaliforniya ştatında soyğunçuluqda şübhəli bilinən şəxsin polis tərəfindən təqibi San-Bernardino dairə şerifi müavininin vertolyotdan onun maşınını atəşə tutması ilə başa çatıb. Bu barədə "San Bernardino County Sun" nəşri yazıb. Şübhəli şəxs cinayətin ertəsi günü polisin "maşını saxla" əmrinə tabe olmayıb. Təqib zamanı onun idarə etdiyi "Chevrolet Tahoe"nin sürəti saatda 160 km-ə çatıb. Vertolyotdan açılan atəşdən sonra kişi avtomobildən çıxaraq bir neçə addım irəliləyib və yerə yıxılıb. Onun idarə etdiyi maşın hərəkət edərək qarşıdan gələn "Dodge Durango"ya çırpılıb, üç nəfər xəsarət alıb. Şübhəli şəxsin sonrakı taleyi məlum deyil.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh