Deputat yol polisini diz çökdürdü – VİDEO

Yol polisi 20 Sentyabr 2015 22:47 Oxunub 10995
Deputat yol polisini diz çökdürdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun hüquq-mühafizə orqanları əməkdaşlarını necə ələ salmasını əks etdirən video yayılıb

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçukun hüquq-mühafizə orqanlarının əməkdaşlarını necə ələ salmasını əks etdirən video yayılıb. Yol polisi müfəttişləri dövlət nömrə nişanı olmayan mikroavtobusu  sənədləri yoxlamaq üçün saxlayıblar. Gözlənilmədən avtomobildən maskalı və silahlı kişi sıçrayaraq müfəttişləri yolun hərəkət hissəsində diz çökməyə məcbur edir. Bundan sonra avtomobildən düşən Mosiyçuk əlində tapança ilə qayda-qanun keşikçilərinə bir neçə söz deyir. Sonra yenidən avtomobilə minərək hadisə yerindən uzaqlaşır.

Xatırladaq ki, Mosiyçuk hazırda həbsdədir. Deputat və Radikal Partiyasının lideri Oleq Lyaşkonun silahdaşı olan Mosiyçuk 2015-ci il noyabrın 15-dək həbsdə qalmalıdır.

 

 

xeberxetti.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh