Kiçik «yol polisləri» hərəkət iştirakçılarına dərs keçdi - FOTO 

Öyrənək 21 Sentyabr 2015 14:33 Oxunub 2527
Kiçik «yol polisləri» hərəkət iştirakçılarına dərs keçdi - FOTO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis forması geyinmiş uşaqların iştirakı ilə küçədə aksiya keçirilib

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində yeni tədris ilinin başlanması ilə bağlı “Diqqət uşaqlar” devizi altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində “Yol hərəkəti iştirakçıları!” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı şəhər DYPİ-nin yol hərəkəti təhlükəsizliyi və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis mayoru Fazil Əfəndiyev, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müəllim, valideyn və 50-dən çox şagirdi, KİV nümayəndələri iştirak ediblər. DYPİ-nin əməkdaşları yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işi aparıb, polis forması geyinmiş uşaqların iştirakı ilə küçədə aksiya keçiriblər. 

Tədbirdə çıxış edənlər yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacib olduğunu söyləyiblər. Bildiriblər ki, yol hərəkəti qaydaları ilə bağlı vaxtaşırı təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yol qəzaları ilə üzləşməsinin qarşısını alar. Azyaşlı uşaqların həyat və sağlamlığının yol nəqliyyat hadisələrindən qorunması üçün nəzəri və praktiki məşğələlərin keçirilməsinin zəruriliyi bir daha tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh