İşıq dirəyinə çırpılan maşın iki qatlandı FOTO

Qəzalar 15 İyun 2014 18:11 Oxunub 1696
İşıq dirəyinə çırpılan maşın iki qatlandı FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Balakən rayonunda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb

Balakən rayonunda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb. Balakən Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, yol qəzası Balakən-Kortala avtomobil yolunda qeydə alınıb. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1960-cı il təvəllüdlü Məhəmmədəmin Musa oğlu Lələyev idarə etdiyi “VAZ 21074” markalı, 10 US 380 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişini, 1967-ci il təvəllüdlü İlqar Vaqif oğlu Lələliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Balakən RMX-dan APA-ya verilən məlumata görə, vəziyyətləri orta-ağır hesab olunur, müalicələri reanimasiya şöbəsində aparılır. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh