Avtomobil Nəqliyyatı Xidməti bütün ölkə üzrə reydlər keçirir – FOTO

Qaydalar 22 Sentyabr 2015 14:23 Oxunub 1867
Avtomobil Nəqliyyatı Xidməti bütün ölkə üzrə reydlər keçirir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunu pozanlara qarşı tədbirlər görüldü

Bayram günlərində rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsi bir sıra müvafiq tədbirlərin görülməsini zəruri edir. 

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu amili nəzərə alaraq, Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər həyata keçirib. 

Şamaxı, Lənkəran, Şirvan, Cəlilabad, Göyçay, Gəncə, Beyləqan, Şəki, Quba, Tovuz, Şəmkir rayonlarında baş tutan belə reydlər zamanı qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülər cəzalandırılıb. 

Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib. Qanunsuz yük və sərnişindaşıma ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı reydlər bundan sonra da müntəzəm davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh