Bakıda avtomobili park etmək üstündə kütləvi dava düşdü

Avtodünya 23 Sentyabr 2015 14:51 Oxunub 2056
Bakıda avtomobili park etmək üstündə kütləvi dava düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakı sakini bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. 

Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, şikayət ərizəsilə müraciət edən 1965-ci il təvəllüdlü Əhədov Çingiz Tofiq oğlu Ş.Şamil küçəsi 22 ünvanının qarşısında avtomobilini park etdiyi üçün qonşuları tərəfindən döyüldüyünü bildirib.

Şikayətçi qonşuluqda yaşayan 57 yaşlı İntiqam Babayevlə oğlu 25 yaşlı Vüsalın, eləcə də 1990-cı il təvəllüdlü Məhərrəm Quliyevin hücumuna məruz qaldığını və ona fiziki zorakılıq göstərildiyini əlavə edib.

Müraciət əsasında araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh