Yol polisi sürücünü aldadıb?

Xəbərlər 16 İyun 2014 01:43 Oxunub 1979
Yol polisi sürücünü aldadıb?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Dedilər, sabah gələrsən diski göstərərik, amma onları tapa bilmirəm»

Avtosfer.az saytına müraciət edən sürücü Cabbarlı Rəvan Şaiq oğlu başına gələn maraqlı əhvat barədə məlumat verib. Yol polisi tərəfindən aldadıldığını deyən Rəvan Cabarlı bildirir ki, bu il aprelin 29-da, saat 09:20 radələrində idarə etdiyi «VAZ-2104» markalı, 90 XP 573 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Y.Əliyev küçəsi ilə «Bakıxanov dairəsi»nə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlayıblar: «Dairədə hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrini buraxdım və hərəkətə başladım. Bu zaman dairədə dayanan 10 YP 396 dövlət nömrə nişanlı DYP maşınından mənə «Avtomobili saxla» əmri verdilər. Mən maşınnı yolun sağ kənarında saxladım. Mənə yaxınlaşan polis əməkdaşı Abdullayev Cəmil Alamat oğlu bildirdi ki, dairəvi yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməmisən. Mən ona etirazımı bildirdim. DYP əməkdaşı mənə dedi ki, hər şeyi kamera çəkib, sabah gələrsən etdiyin qayda pozuntusunu disk vasitəsi ilə təqdim edərik. Ve mənə protokol tərtib etdi -  3 bal, 60 manat cərimə. Mən ertəsi gün həmin DYP əməkdaşlarını axtardım, amma tapa bilmədim. Başa düşdüm ki, məni aldadıblar».

Məsələ ilə bağlı 30.04.2014-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini deyən Rəvan Cabbarlının sözlərinə görə, hələ də heç bir nəticə əldə edə bilməyib.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh