Yol polisi reyd keçirdi: 30 sürücü cəzalandırıldı - VİDEO

Yol polisi 24 Sentyabr 2015 01:21 Oxunub 1796
Yol polisi reyd keçirdi: 30 sürücü cəzalandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəmər taxmayanlar, avtomobili texniki baxışdan keçirməyənlər, sürücülük vəsiqəsi olmayanlar saxlanılıb

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları şəhərin Heydər Əliyev prospekti ərazisində reyd keçirib. Reyd əsasən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədləri olmadan nəqliyyat vasitələrini idarə edən sürücülərin aşkarlanması məqsədi daşıyıb.

DYP müfəttişi İlqar Rəhimzadənin sözlərinə görə, günorta saatlarına kimi davam edən reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb: "Onlardan 30-u barəsində inzibati qaydada cərimə protokolu tərtib olunub. Müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində keçirilən reydlər bundan sonra da davam etdiriləcək".

Təhlükəsizlik kəmərinin vurulmaması, sürücülük vəsiqəsinin olmaması, maşının ön oturacağında azyaşlı sərnişinin əyləşdirilməsi, avtomobilin texniki baxışdan keçməməsi ilə bağlı aşkar olunmuş nöqsanlar da cəzasız qalmayıb.

Reyd zamanı yol polisinin “Dayan!” işarəsinə məhəl qoymayan sürücülərə rast gəlinsə də, belələri uzağa gedə bilməyiblər.

 

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh