Salyan sakini qeyri-adi traktor düzəldib - VİDEO

Avtodünya 25 Sentyabr 2015 15:48 Oxunub 2660
Salyan sakini qeyri-adi traktor düzəldib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səxavət Məmmədov bu qeyri-adi traktoru bir neçə aya hazırlayıb

Salyanda rayon sakininin düzəltdiyi qeyri-adi traktor görənlərin marağına səbəb olub. Pambıqkənd sakini Səxavət Məmmədov bu qeyri-adi traktoru bir neçə aya düzəldib. O, mini traktor düzəldərkən dəmir dayaqlardan, adi dəmirdən, həmçinin generator mühərrikindən və "Jiquli"nin sürət qutusundan istifadə edib. Traktorun qabaq hissəsinə "Jiquli", arxa hissəsinə isə "UAZ" markalı avtomobillərin təkərlərini quraşdırıb. Traktorun kiçik olması həyətyanı sahələrdə rahat manevr etmək imkanı verir. O, bu tarktorla yer şumlayır, yük daşıyır. Bunula da əlavə xərclərə yol vermir.

Qeyd edək ki, bu qeyri-adi traktor qoşqusu ilə birlikdə 3 tondan çox yükgötürmə qabiliyyətinə malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh