Polis əməkdaşı zəncirvari qəzaya səbəb oldu
Yol polisi 27 Sentyabr 2015 22:56 677 dəfə oxunub
Polis əməkdaşı zəncirvari qəzaya səbəb oldu
Avtomobillərə xeyli ziyan dəyib; iki nəfər xəsarət alıb

Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Avtosfer.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib. Şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi «Opel Astra» markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən Chevrolet Niva markalı avtomobillə toqquşub. Daha sonra «Chevrolet Niva» markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, Chevrolet Niva markalı avtomobilin sürücüsü Kəlbəcər rayon polis bölməsinin əməkdaşıdır.

Avtomobillərə xeyli ziyan dəyib. İki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh