Polis ödəniş etmədən avtobusa mindi, mübahisə düşdü – Bakıda - VİDEO

Yol polisi 27 Sentyabr 2015 23:56 Oxunub 5227
Polis ödəniş etmədən avtobusa mindi, mübahisə düşdü – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü kartla ödəniş etməsini istədikdə həmin şəxs polis əməkdaşı olduğunu deyərək vəsiqə göstərib

Bakıda maraqlı hadisə baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, "Baku Bus" şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib. Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib. Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib: "Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin".

Polis bundan sonra sürücünü hədələməyə başlayıb: "Səni işdən çıxartdıraram. Görərsən sən". Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.

Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb. Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə hər kəslə mübahisə etməyə davam edib.

Avtosfer.az bildirir ki, polis əməkdaşları xidmət zamanı ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər. Lakin bu məsələdə bir qədər ziddiyyətli məqamlar var. Bu hal adətən polis formasında olan əməkdaşlara tətbiq olunur. Lakin nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış tədbirləri ilə əlaqədar bəzi polis əməkdaşları mülkü geyimdə xidmət aparırlar.

Bütün hallarda bu gün baş vermiş hadisədə polis əməkdaşını qınamaq lazım deyil. Lakin hər bir halda, həmin əməkdaş situasiyaya uyğun hərəkət edib 20 qəpik ödəməklə bu cür görüntülərin yaranmasının qarşısını ala bilərdi. Bu hadisə anlarını sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh