Yol polisləri qaçan sürücünü saxlamaq üçün yolu bağladı

Yol polisi 28 Sentyabr 2015 00:11 Oxunub 1965
Yol polisləri qaçan sürücünü saxlamaq üçün yolu bağladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Saxla» əmrinə tabe olmayan, yol hərəkəti qaydalarını pozan "Wolkswagen"in sürücüsü qaçmağa çalışıb

Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşları qaçan sürücünü saxlamaq üçün yolu bağlamalı olub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün saat 22 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib. DYP əməkdaşlarının «saxla» əmrinə tabe olmayan, yol hərəkəti qaydalarını pozan 90 UP 949 dövlət nömrə nişanlı "Wolkswagen" markalı maşınının sürücüsü qaçmağa çalışıb. DYP əməkdaşları sürücünü yolu bağlayaq saxlamağa nail olub. 99 YP 387 dövlət nömrə nişanlı maşında olan DYP əməkdaşları sürücünü cəzalandırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh