Bahalı qəza; «Aston Martin»i əzdilər - FOTOLAR

Avtodünya 28 Sentyabr 2015 02:56 Oxunub 2596
Bahalı qəza; «Aston Martin»i əzdilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb olan «Opel»-i idarə edən naməlum sürücü hadisə yerindən qaçıb

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində iki idman avtomobilinin iştirakı ilə baş vermiş qəza hərəkəti iflic edib. Oxu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, dörd avtomobilin iştirakı ilə baş vermiş qəzada «Nissan» markalı avtomobil çevrilib. Sərnişin və sürücü qəza nəticəsində xəsarət almayıblar. Qırmızı rəngli «Pontiac» və mavi rəngli «Aston Martin» idman avtomobillərinin sürücüləri də yaralanmayıblar.

Polis əməkdaşlarının məlumatına görə, «Opel» markalı avtomobil Nissan-ın qarşısına keçib və o, qəflətən əyləci basmalı olub, nəticədə digər maşınlarla toqquşma baş verib. Bildirilir ki, «Opel»-i idarə edən naməlum sürücü hadisə yerindən qaçıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh