Sabah 32 dərəcə isti olacaq

Gündəm 28 Sentyabr 2015 13:02 Oxunub 1090
Sabah 32 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.     

ŞƏRH YAZ
Ad

E-mail

Şərh