Bakı metrosunda həyəcan: kişi relslərin üstünə yıxıldı - VİDEO - FOTO

Gündəm 28 Sentyabr 2015 14:46 Oxunub 1315
Bakı metrosunda həyəcan:  kişi relslərin üstünə yıxıldı - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onun intihar etmək niyyəti olmayıb"

"Metronun "Nəriman Nərimanov" stansiyasında intihara cəhd hadisəsi baş verməyib".

Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Bakı metrosunun Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O qeyd edib ki, orta yaşlı bir kişi təzyiqində yaranmış problem səbəbindən müvanizətini itirib: "Belə olan halda relslərin üzərinə düşüb. Dərhal xilasedicilər tərəfindən oradan çıxarılıb. Vəziyyəti yaxşıdır. Onun intihar etmək niyyəti olmayıb". Qeyd edək ki, salamnews.az saytı Nərimanov stansiyasında orta yaşlı kişinin intihar etməsi barədə məlumat yayıb.

14:14

Bu gün "Bakı Metropoliteni"nin "N.Nərimanov" stansiyasında intihara cəhd hadisəsi baş verib.

Avtosfer.az bildirir ki, bu barədə salamnews-a hadisə şahidləri məlumat veriblər.

Stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Qatar stansiyaya yaxınlaşmamışdan əvvəl o, özünü relslərin üzərinə atıb.

Bələdçilərin işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib. Bununla da faciənin qarşısı alınıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

http://img.milli.az/2015/09/28/371847_01.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh