Yol polisinə yeni rəis təyin edildi

Yol polisi 28 Sentyabr 2015 16:33 Oxunub 13761
Yol polisinə yeni rəis təyin edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Firdovsi Yusifov Nizami rayon DYPŞ-nin rəisi oldu

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Firdovsi Yusifov paytaxtın Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Firdovsi Yusifov buna qədər Bakı şəhər DYPİ-nin Müşayət-Eskort Bölüyünün tağım komandiri vəzifəsində çalışırdı. Avtosfer.az-ın əməkdaşı ilə söhbətində F.Yusifov yeni vəzifəyə təyin edilməsi barədə xəbəri təsdiqləyib və ona göstərilən etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Avtosfer.az saytı və «Digesta» hüquq firması tərəfindən nümunəvi xidmətlərə görə təltif olunan yol polisi əməkdaşları arasında Firdovsi Yusifov da var idi.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh