Hansı trayektoriya üzrə hərəkətini davam etdirə bilər? – DOĞRU CAVAB

Yarışma 28 Sentyabr 2015 18:09 Oxunub 3850
Hansı trayektoriya üzrə hərəkətini davam etdirə bilər? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və ilk doğru cavabı vermiş şəxsin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

İkitərəfli hərəkət olan üçzolaqlı yolda bu avtomobilin srürcüsü yolayrıcında hansı trayektoriya üzrə hərəkətini davam etdirə bilər?

1. A, B və C trayektoriyalarının istənilən biri üzrə;

2. Yalnız B trayektoriyası üzrə;

3. Yalnız B və C trayektoriyaları üzrə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin 3-cü hissəsinə əsasən, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: İkitərəfli hərəkət olan üçzolaqlı yolda bu avtomobilin srürcüsü yolayrıcında yalnız B və C trayektoriyaları üzrə hərəkətini davam etdirə bilər.

Sualın ilk doğru cavabını Tərxan Zərbəli adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh