Avtosfer.az | Reklam
Ağdamda piyadanı maşın vurub - FOTO
Gündəm 28 Sentyabr 2015 22:33 431 dəfə oxunub
Ağdamda piyadanı maşın vurub - FOTO
Yaralının vəziyyəti orta ağırdır

Bu gün Ağdam rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Evoğlu kəndində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili kənd ərazisindən keçərkən 37 yaşlı Nağıyev Namiq Rafiq oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı Quzanlı qəsəbəsində yerləşən rayon xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır. Hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh