Metropolitendən sosial şəbəkəni çalxalayan olayla bağlı AÇIQLAMA

Gündəm 29 Sentyabr 2015 01:16 Oxunub 4275
Metropolitendən sosial şəbəkəni çalxalayan olayla bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi Paşayev: «Kiçik ev heyvanlarını  xüsusi konteyner və ya qəfəsdə metroya keçirmək olar»

Bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusu metroda gənc qızın itini yanında otuzdurub, yaşlı kişiyə yer verməməsidir. Qızın yer verməməsi sosial şəbəkə istifadəçilərinin mövzusu olsa da, bizim diqqətimizi çəkən itin metroya ağızlıqsız daxil olmasıdır. Üstəlik, bu, ilk hal deyil, heyvanların ağızlıqsız metroya daxil olması barədə sosial şəbəkədə şəkillər yayılır. Ağızlıqsız heyvanın insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsində olması xeyli təhlükəli görünür. Bəs heyvanlar metroya daxil ola bilərmi? "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev publika.az-a açıqlamasında bildirib ki, kiçik ev heyvanlarını metroya keçirmək olar. "Lakin onlar xüsusi konteyner və ya qəfəsdə olmalıdır. Bu qayda həmin heyvanların təkcə insanlara zərər vurmaması üçün deyil, həm də metronun zibillənməməsi üçün qoyulub".

Metroda zaman-zaman heyvanların açıq formada qatarlarda görüntüsünün yayılmasına gəldikdə, N.Paşayev bu faktları araşdırmağa ehtiyac olduğunu deyib: "Bu faktların hansı stansiyada, saat neçədə yaşanması barədə məlumatımız yoxdur. Bu məlumatlar olmadığına görə faktları araşdıra bilmirik. Ola bilər ki, həmin heyvanlar kiminsə məsuliyyətsizliyindən istifadə olunaraq, ya da çantada keçirilib, sonradan çıxarılıb. Dəqiq saat olsaydı, müşahidə kameralarımız vasitəsilə araşdırma apara bilərdik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh