Nazpərinin bacısı «Ferrari» sürən sərxoş qadın sürücü ilə toqquşdu - FOTOLAR

Qaydalar 29 Sentyabr 2015 22:45 Oxunub 6361
Nazpərinin bacısı «Ferrari» sürən sərxoş qadın sürücü ilə toqquşdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zeynəb Dostəliyeva qolundan yaralanıb, sərxoş sürücü isə nömrələri sökərək qaçıb

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı qəzaya düşüb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, axşam saatlarında Heydər Əliyev prospektində "Hyundai-Tucson" avtomobili ilə "Ferrari" markalı avtomobil toqquşub. "Hyundai" avtomobilinin sürücüsü xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevadır. Qəzaya səbəb isə "Ferrari"nin xanım sürücüsünün sərxoş olması olub. Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçıb. Zeynəb Dostəliyeva isə qolundan zədələnib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh