4 min insanın ölümünə səbəb olan bahalı avtomobil - VİDEO

Gündəm 30 Sentyabr 2015 12:26 Oxunub 7542
4 min insanın ölümünə səbəb olan bahalı avtomobil  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı

Sentyabrın 25-də Məkkədə şeytanı daşlama zamanı Mina dağında yaranan izdihamla bağlı yeni faktlar üzə çıxıb. Avtosfer.az bakuws-ə istinadən xəbər verir ki, şeytanı daşlama zamanı həmin əraziyə bahalı bir avtomobil girib. Avtomobilin içərisindəki şəxslər maşının pəncərəsindən şeytana daş atıblar. Bu zaman onsuzda dar ərazidə yol tamam bağlanıb. Ehtimal olunur ki, elə bu səbəbdən böyük izdiham yaşanıb. Qeyd edək ki, ziyarət zamanı insan axını o qədər çox olur ki, orada adam rahat tərpənə bilmir. Belə bir vəziyyətdə nəhəng avtomobilin ora girməsi çətindir. Çox guman ki, hansısa Ərəb şeyxinin göstərişi ilə həmin maşın içəri buraxılıb. İddia olunur ki, avtomobillə ziyarətə gələnlər vahabilər və ya sələfilər olub.

Səudiyyə Ərəbistanın hökumətinin yaydığı rəsmi xəbərə görə, ölənlərin sayı 4 mini keçib

Xatırladaq ki, sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı. Ölənlərdən əksəriyyəti Afrika ölkələri vətəndaşları idi. Mərhumların arasında iranlı və türk zəvvarları da olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh