Xidməti avtomobillər ləğv edilir – QƏNAƏT BAŞLAYIR

Avtodünya 1 Oktyabr 2015 12:33 Oxunub 5408
Xidməti avtomobillər ləğv edilir  – QƏNAƏT BAŞLAYIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidməti maşınlar biznesə böyük yükdür

Azərbaycanda iqtisadi aktivliyin azalması, gəlirlərin aşağı düşməsi və qənaət əhval-ruhiyyəsi özünü avtomobil xidmətlərində də göstərib. Artıq bir sıra iri biznes strukturlar xidməti avtomobillərdən imtina etməyə başlayıblar. Avtosfer.az xəbər verir ki, bu barədə fins-ə «189» taksi xidmətinin rəhbəri Ağacan Abbasov bildirib. Onun sözlərinə görə, bir neçə iri biznes qurumu öz avtomobil parkının effektivliyini və xidməti avtomobillərin iqtisadi cəhətdən məqsədəuyğun olub-olmadığını araşdırıb. Nəticədə məlum olub ki, xidməti avtomobilləri saxlamaq iqtisadi cəhətdən əlverişli deyil: «Biz bu məsələ ilə bağlı ölkənin 3 iri şirkətində araşdırma apardıq. Məlum oldu ki, xidməti avtomobillər parkını ixtisar etməklə avtomobil xərcini 3 dəfə azaltmaq mümkündür».

Şirkətlərin birində aparılan araşdırmada məlum olub ki, təqribən 60-70 xidməti avtomobili olan şirkət onların saxlanmasına il ərzində 157 min manata yaxın pul xərcləyir: «Bu xərcin böyük hissəsini amortizasiya xərcləri, təmir və yanacaq xərcləri tutur. Bundan başqa, sürücülərə əmək haqqı da xərclərin mühüm hissəsidir». Digər şirkətdə isə xidməti maşınlara ildə 174 min manat xərc çəkildiyi məlum olub. Özü də avtomobillərin alınması üçün xərclənən vəsait bura aid deyil».

Avtomobil xərclərinin böyük olduğunu görən şirkətlər bu araşdırmadan sonra «biznes taksi»lərə üz tutmağı qərara alıblar. A.Abbasovun sözlərinə görə, hesablamalar göstərib ki, xidməti maşınların biznes taksilərlə əvəz olunması bu sahəyə çəkilən xərcləri 3 dəfədən çox azaldır: «Xidməti maşınlarına ildə 174 min manat xərc çəkən şirkətin daşımalara olan ehtiyaclarını hesabladıq məlum oldu ki, ildə 54 min manat taksi xərci onlar üçün tam kifayət edir». Araşdırma aparılan şirkətlər bu hesablamalaran dərhal nəticə çıxarıb, xidməti maşınlarının böyük hissəsini ixtisar ediblər: «Maşınlarının böyük hissəsini satdılar. 607- maşından cəmi 10- maşın saxladılar. Onlar da elə maşınlardır ki, onları taksi xidməti əvəz edə bilmir».

Bu məsələ maşınlarının sayı 10-dan artıq şirkətlər üçün vacibdir. A.Abbasovun sözlərinə görə, xidməti avtomobillərini ixtisar edən şirkətlər ciddi qənaət edə biliblər: «Çünki biznes hər zaman xərclərini optimallaşdırmaq istəyir, imkan olan yerlərdə qənaət edir. Bu üsul da qənaətin bir üsuludur». Bu şirkətlərin təcrübəsi sürətlə yayılmağa başlayıb. Hətta şirkətlərdən birinin daxil olduğu holdinq, xidməti maşınlarını ixtisara edərək bütünlüklə «biznes taksi»ə keçib. Şirkət rəhbərinin sözlərinə görə, xidməti maşınların ixtisarı ilə bağlı yeni üsul xidməti maşınlarının sayı 10-15-dən yuxarı olan şirkətlər üçün çox aktualdır. İxtisar edilən maşınları satmaqla isə şirkətlər əlavə vəsait əldə edib bizneslərinini inkişafına yönəldə bilərlər.

A.Abbasov bildirir ki, şirkət təkcə biznes qurumlarına yox, dövlət təşkilatlarına da sərnişin daşıma xidməti göstərməyə hazırdır: «Xidməti maşınların effektivliyi barəsində özəl şirkətləri üçün apardığımız hesablamalar dövlət şurumları üçün jə aktualdır». Şirkət rəhbərinin sözlərinə görə, öz xidmətlərini dövlət idarələinə də təklif edir: «Özü də bizim taksilərimiz 3 kateqoriyaya bölünür – biznes, komfort və ekonom». Ona görə isə istənilən səviyədə xidmət edə bilərik. Yəni bizim maşından düşən şəxs özlərinitaksidən çıxan kimi his etməyəcəklər».

Amma xidməti maşınların ixtisarında söhbət təkcə pula qənaətdən getmir. Adi taksi avtomobilərində ödənişə görə çek almaq mümkün olmur. Amma taksi daşıma xidməti bu qəbzləri təqdim edə bilir ki, şirkət bunu öz xərclərinə daxil edə bilsin. Dgər tərəfdən, şirkət öz müştərilərinə ödənişlərin gecikdirilməsi xidməti təklif edir. Yəni müştəri olan şirkət taksilərdən istifadə edir və önün ödənişini ayın axırında və . formada ödəyir. Ödənişlər isə qeyri-nağd olur. Bu da xərcdəri tam rəsmiləşdirməyə imkan verir.

Nəhayət, ən mühüm məsələ – işçilərin xidməti maşınlardan nə məqsədlə istifadə etməsi. Demək olar ki, bütün şirkətlərdə bu məsələ rəhbərliyi həmişə narahat edir. Yeni xidmət isə buna da nəzarət etməyə imkan yaradır. Belə ki, taksi xidmətinin şəhərdə hansı marşrutla hərəkət etdiyi, hansı obyektlərə səfər edildiyi qeyd edilir. Ekspert bildirir ki, Bakı genişləndikcə və şəhərdə hərəkət çətinləşdikcə, biznes taksi xidmətinə tələbat daha da artacaq. Məsələ bundadır ki, şəhərdə hərəkət getdikcə çətinləşir, doğrudur, bununla bağlı ciddi işlər görülür. Nəticədə hazırda şəhərdə hərəkət etməklə yanaşı, mərkəzcdə avtomobilə park yeri tapmaq da poblemə çevrilib. Ona görə də, avtomobilin müştərini gözləməsi çətinləşir, gətirdikdən sonra çıxıb getsək isə daha rahat variantdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh