Bakı polisindən azərbaycansayağı alkotest - VİDEO

Yol polisi 2 Oktyabr 2015 11:52 Oxunub 4608
Bakı polisindən azərbaycansayağı alkotest  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Bu məsələ barədə arasdırma aparılacaq"

Bakıda avtomobilləri körpünün üstündə saxlayaraq, yol hərəkətinə mane olan yol polislərilə baglı video yayılıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, videodan da görünür ki, gecə saatlarında yol polisi sürücünü körpünün üstündə saxlayır. Polis sürücünün içkili olub-olmamasını yoxlamaq ücün onların ağzını iyləyir. Sürücü isə yol polisindən aparat vasitəsilə test etməyi tələb edir. Lakin polis sürücünün bu tələbinə fikir vermir. Məsələ ilə baglı Bakı səhər Dövlət Yol Polis Idarəsində arasdırma aparılacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, həmin videodan xəbərsizdir. Onu izləyib, bu məsələ barədə arasdırma aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh