Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaratdı - FOTOLAR

Qəzalar 18 İyun 2014 11:09 Oxunub 1937
Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaratdı -  FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı xəsarət alan olmayıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb. Qəza zamanı xəsarət alan olmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh