Bakıda "Nissan" işıq dirəyini aşırdı - FOTO

Qəzalar 7 Oktyabr 2015 02:46 Oxunub 1239
Bakıda "Nissan" işıq dirəyini aşırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb

Bakıda  yol qəzası baş verib. Hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Sözügedən küçə ilə hərəkət edən "Nissan" markalı avtomobilin sürücüsü Anar Mirzəməmmədov qəfil idarəetməni itirib. Bu zaman o, avtomobili işıq dirəyinə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, Şərifzadə küçəsindəki işıq dirəklərindən biri yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Ön hissəsi yarasız vəziyyətə düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

APA TV

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh