Küçəyə zibil atan sürücü kameraya yaxalandı – VİDEO

Xəbərlər 18 İyun 2014 13:05 Oxunub 3014
Küçəyə zibil atan sürücü kameraya yaxalandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP məsələ ilə bağlı araşdırmalara başladı, sürücünü cəza gözləyir

İzlədiyiniz video iyunun 11-də Bakıda çəkilib. Oxuculardan biri tərəfindən Avtosfer.az saytına göndərilən videoda sürücünün küçəyə zibil atdığı əksini tapır. Video Babək prospektində, körpünün üstündə çəkilib. Qara rəngli «Merssdes» markalı, 10 LT 013 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sağdan sola qəfil manevr edərək sürəti artırır. Bir qədər getdikdən sonra avtomobilin pəncərəsindən yola zibil atır. İçdiyi şirənin dəmir qutusunu saymazyana şəkildə arxadakı maşının qarşısına tullayan sürücü sürəti artıraraq oradan uzaqlaşır.

Avtosfer.az saytı məsələdən narahat olan sürücünün belə kobudluq edən insanlara qarşı narahatlığını anlayır və bu videonu rəsmi qaydada Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim edir. Bu gün DYP-yə təqdim olunan videomaterialla bağlı aparılacaq araşdırmanan nəticəsi barədə də məlumat verəcəyik. Hər halda, tarix bəli, avtomobilin nömrəsi bəlli və ən əsası, hadisənin törədildiyi yer də bəllidir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin avtomobillə bağlı müvafiq araşdırmalar aparılacaq. Sürücü aşkar olunduqda ona qarşı inzibati tədbir görüləcək.

Qeyd edək ki, avtomobildən küçəyə hər hansı tullantının atılmasına görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh