«Cip»ləri İŞİD-ə kimlər satır?

Avtodünya 7 Oktyabr 2015 13:58 Oxunub 1697
«Cip»ləri İŞİD-ə kimlər satır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ Maliyyə Nazirliyi «Toyota» və «Cip»-lərlə bağlı araşdırma aparır

ABŞ Maliyyə Nazirliyinin antiterror departamenti İŞİD-in çox sayda Yaponiya istehsalı olan «Toyota» və CİP-lərə necə sahib olduğunu araşdırır. Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, artıq departament rəsmi olaraq avtomobil şirkətlərinə bununla bağlı sorğu göndərib. Şirkətlər isə istehsal olunan avtomobillərin hansı yolla İŞİD-in əlinə keçdiyini bilmədiklərinə dair açıqlama verib. Bununla belə, kompaniyalar sözügedən araşdırmanın aparılması tərəfdarı kimi çıxış edib: “Biz Yaxın Şərqdəki bütün satış zəncirləri barədə nazirliyə məlumat vermişik”. Şirkətin məlumatına görə, istehsal etdikləri avtomobillərin hərbi və ya terror məqsədilə istifadəsinin qarşısını almaq üçün ciddi satış siyasəti həyata keçirilir. Bununla belə şirkət oğurlanmış və ya təkrar satılmış avtomobillərə nəzarət etmək imkanına malik deyil. Şirkət həmçinin onu da bildirib ki, Suriyaya avtomobil satışı 2012-ci ildə dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh