Qazax sakininin maraqlı icadı - FOTO

Maraqlı 7 Oktyabr 2015 14:57 Oxunub 1775
Qazax sakininin maraqlı icadı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəmərli sakininin "Gəzən qaynaq avtomobili"ni satmaq fikri yoxdur

Həm yük yeri var, həm də qaynaq işi görür. Söhbət Qazax sakininin yeni icadından gedir. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, o, maraq çəkən maşına "Gəzən qaynaq avtomobili" adını verib. Qazağın Kəmərli kənd sakini, 20 ilə yaxındır qaynaqçı işləyən 65 yaşlı Nadir Gülməmmədov 3 aya hazırladığı maşınla ailəsini dolandırır. O, müxtəlif maşınların hissələrindən hazırlanan avtomobillə ucqar kəndlərə gedir, orada qaynaq işləri görür. Avtomobilin kabinəsində sürücü ilə bərabər iki nəfər rahat əyləşə bilir. Dizel yanacağı ilə işləyən maşını sahibi idarə etməyin o qədər də çətin olmadığını deyir. 

Kəmərli sakininin "Gəzən qaynaq avtomobili"ni satmaq fikri yoxdur. Hazırda o, yeni ixtiralar üzərində düşünür.

http://img.milli.az/2015/10/07/373908_01.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh