Sürücünü xilas etmək üçün təhlükəyə atıldı - VİDEO

Qəzalar 7 Oktyabr 2015 15:02 Oxunub 1238
Sürücünü xilas etmək üçün təhlükəyə atıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü son anda xilas edən Co isə sosial media fenomeninə çevrilib

Güclü daşqında ölümlə üzləşən avtomobil sürücüsünü xilas etmək üçün öz həyatını da təhlükəyə atdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki,  ABŞ-da sel fəlakətinin əsirinə çevrilən Cənubi Karolina ştatında bir sakin öz fədakarlığı ilə insanların rəğbətini qazanıb. Daşqının ortasında qalan bir avtomobildə sürücünün boğulmaq üzrə olduğunu görən Co adlı amerikalı, çətin vəziyyətdə mümkünsüzü gerçəkləşdirib. Selin ortasında qalan sürücünü xilas etmək üçün suya baş vuran amerikalı, çətinliklə üzərək avtomobilin olduğu yerə çatıb. Maşının arxa şüşəsini sındıraraq boğulmaqda olan sürücünü sükan arxasından yuxarı çəkib. Daha sonra əraziyə gələn xilasedicilər onları təhlükəsiz əraziyə çıxarıb. İndiyədək bu cür daşqın görmədiklərini deyən sakinlər, sel sularının bir göz qırpımında küçələri bürüdüyünü, buna görə  qabaqlayıcı tədbir görə bilmədiklərini deyir. O ki qaldı,  selin ortasında qalan avtomobil sürücüsünə, hadisə baş verən vaxt o elə daşqından qaçırmış, amma bacarmayıb. Sürücünü son anda xilas edən Co isə sosial media fenomeninə çevrilib. Görüntüləri izləyən internet istifadəçiləri, indiki dövrdə başqası üçün öz həyatını təhlükəyə atan çox az adam qaldığına diqqət çəkir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh