Avtomobillər hərəkətdə olan vaxt yol çökdü - VİDEO

Qəzalar 7 Oktyabr 2015 15:06 Oxunub 1644
Avtomobillər hərəkətdə olan vaxt yol çökdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Çinin Dziansi vilayətində baş verib

Xoşbəxtlikdən heç bir nəqliyyat vasitəsi təbiətin qazdığı bu quyuya düşmədi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Çinin Dziansi vilayətində baş verən hadisə ortaya dəhşətli görüntü çıxarıb.  Baş verənlərdən xəbərsiz olan sürücülərin hansı təhlükədən sovuşduğu müşahidə kamerasından lentə alınıb.

Kadrlarda asfalt yolun çökmək üzrə olduğu öz əksini tapır. Yuxarıdan baxdıqda  çökməni adi gözlə müşahidə etmək olar,  hərəkətdə  olan  avtomobil  və  motosiklet sürücüləri  isə  yarğanın  yaranmasını  hiss  edə  bilməyib. Bir motosiklet çökməkdə olan yolun  üstündən  sərbəst  keçib.  Başqa bir avtomobil həmin yerdən keçəndə isə sürücü ölümü bir neçə saniyə qabaqlaya bilib.

Avtomobil keçdikdən dərhal sonra asfalt örtük parçalanaraq yarğana düşüb. Digər sürücülər yolun çökdüyünü görərək avtomobillərini saxlaya biliblər. Həmin yolda avtomobillərin  hərəkəti  tam məhdudlaşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh