Salyanda yol qəzasında 2 nəfər xəsarət alıb

Qəzalar 8 Oktyabr 2015 01:47 Oxunub 1087
Salyanda yol qəzasında 2 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Arbatan kəndinin ərazisindəki "Elçin" şadlıq sarayının yaxınlığında qeydə alınıb. Belə ki, "Vaz-21011" markalı avtomobillə "Vaz-2107"markalı maşının toquşması nəticəsində "Vaz-21011" markalı avtomobildə olan sərnişinlər- rayonun Babazənan yaşayış massivinin sakinləri, 1961-ci il təvəllüdlü Mətanət Böyükağa qızı Mustafayeva və onun qızı, 1991-ci il təvəllüdlü Şəfiqə Hidayət qızı Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh