Bu da «BMW»-nin su ilə işləyən maşını - FOTOLAR

Avtodünya 8 Oktyabr 2015 01:55 Oxunub 3558
Bu da «BMW»-nin su ilə işləyən maşını - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«BMW» hirkəti su injektorlu mühərrikə malik M4 GTS modelini hazırlayıb

«BMW» su injektorlu mühərrikə malik M4 GTS modelini hazırlayıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, avtomobil Almaniya markasının M4 modelinin idman maşını versiyasına oxşamasına baxmayaraq, əslində, bir az fərqlidir. «BMW» mühəndislərinin peşəkarlığı sayəsində 3.0 litr həcmli altı silindrli tvin turbo mühərrikini ilk dəfə olaraq su injektoru ilə təchiz etmək mümkün olub. Bu isə öz növbəsində M4 GTS mühərrikinin gücünü 16%, fırlanma anını isə 10% artırıb.

«BMW» M4 GTS standart M4 modelindən 16 kiloqram yüngüldür. Bu isə onu göstərir ki, avtomobilin xalis çəkisi 1 584 kiloqramdır. 493 at gücünə malik olan avtomobil 3.7 saniyəyə 100 km/saat sürət yığır. Maksimal sürəti isə 305 km/saatdır.

Şirkətin dizaynerləri avtomobilin xarici görünüşünə də bəzi əlavələr ediblər. Hazırda M4 GTS kupe daha müasir və aqressiv görünüşə malikdir.

«BMW» şirkətinin M4 GTS modelindən yalnız 700 ədəd istehsal edəcəyinə baxmayaraq, onların 300 ədədi artıq Amerika bazarı üçün nəzərdə tutulub. Bu səbəbdən «BMW» M4 GTS modelini əldə etmək çox çətin olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh