Futbolçuların avtobusu daşa basılıb

Qəzalar 8 Oktyabr 2015 12:10 Oxunub 1105
Futbolçuların avtobusu daşa basılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun şüşələri qırılıb

Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçı üçün Albaniyaya gələn Serbiya yığmasının avtobusu daşa basılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtTiranadakı otelə gedən yolda baş verib. Serbiya Futbol Federasiyasının vise-prezidenti Savo Miloşeviç bildirib ki, avtobusun şüşəsi qırılsa da, heç kimə zərər dəyməyib: "Lakin futbolçular albaniyalı azarkeşlərin hərəkətindən şoka düşüblər". Hadisə ilə bağlı Serbiya Xarici işlər Nazirliyi Albaniyanın Belqraddakı səfiri İlir Boçkanı nota təqdim etmək üçün çağırsa da, rədd cavabı alıb. İ.Boçka heç nəyin baş vermədiyini bildirib. Bu gün Serbiya millisi Tiranadan oyunun keçiriləcəyi Elbasan şəhərinə yola düşəcək. Avtobusu polis avtomobilləri müşayiət edəcək. Oyun isə Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Qeyd edək ki, ötən il oktyabrın 14-də Belqradda keçirilmiş Serbiya - Albaniya matçı ilk yarının sonlarında stadion üzərində "Böyük Albaniya" bayrağı bağlanan pilotsuz aparatın peyda olmasından sonra dayandırılıb. Meydançaya enən bayrağı serbiyalı futbolçulardan biri dartıb atmaq istərkən, albaniyalılar müdaxilə edib. Bu zaman iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. UEFA Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiya yığmasının aktivindən 3 xal silinib və növbəti 2 ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh