Avtovağzalda sürüşmə genişlənir - Video

Gündəm 9 Oktyabr 2015 11:27 Oxunub 1261
Avtovağzalda sürüşmə genişlənir - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyətlə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi açıqlayacaq.

Bakı avtovağzal kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmş çatların uzunluğu artır. Avtosfer.az xəbər verir ki, aidiyyatı qurumlar hadisənin yağış suları səbəbi ilə baş verdiyini bildirir. Bakı Avtovağzal Kompleksi ərazisində baş verən sürüşmə nəticəsində yaranan çatların uzunluğu 60 metrə çatıb Çatların ciddi fəsad törətməsinin qarşını almaq üçün "Azəryolservis" və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə bərkitmə işləri aparıb. Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyir ki, çatın yaranmasının əsas səbəbi yağış sularıdır İstinad divarları isə 30 sm-ə yaxın əyilib. Baş geoloq bunun səbəbini də yağış suları, eyni zamanda kompleks ərazisində olan yaşıllıqların tez-tez suvarılması ilə əlaqələndirir. Ələmdar Piriyev deyir ki, çatların qarşısı alınmazsa ciddi fəsadlara yol aça bilər

Vəziyyətlə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi açıqlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh