Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sürüşmə ilə bağlı AÇIQLAMA

Gündəm 9 Oktyabr 2015 11:53 Oxunub 1059
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sürüşmə ilə bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürüşmə olan yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinə aidiyyatı yoxdur"

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda sürüşmə təhlükəsinin olması qurumun işinə heç bir təsir göstərməyib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, qurum adi qayda ilə işini davam etdirir və sərnişinlər üçün heç bir həyati təhlükə yoxdur: "Sürüşmə olan yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinə aidiyyatı yoxdur. Ona görə də sərnişinlərimiz adi günlərdə olduğu kimi xidmətlərimizdən istifadə edirlər. Sözügedən yolda isə bir sıra bərkitmə işləri artıq həyata keçirilib".

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh