Əlil maşınıyla kanala düşdü: özü özünü xilas etdi

Qəzalar 9 Oktyabr 2015 11:54 Oxunub 1281
Əlil maşınıyla kanala düşdü:  özü özünü xilas etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən, hadisə zamanı Xalid Mənəfov xəsarət almayıb

Ötən gün Qaxda qəza baş verib. Hadisə rayonun Fıstıqlı kəndində meydana gəlib. Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, 36 yaşlı Xalid Mənəfov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Fıstıqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala aşıb. Xoşbəxtlikdən, hadisə zamanı Xalid Mənəfov xəsarət almayıb. O, dərhal aşan avtomobilin şüşəsini sındıraraq çölə çıxa bilib. Qəzalı avtomobil isə tüstüləməyə başladığından hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və çıxa biləcək yanğının qarşısı alınıb. Qeyd edək ki, Xalid Mənəfov II qrup əlildir. Qəza zamanı o, avtomobildə tək olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh