Avtomobil ağaca çırpılaraq yandı - VİDEO

Qəzalar 9 Oktyabr 2015 12:01 Oxunub 1132
Avtomobil ağaca çırpılaraq yandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəranda avtomobil ağaca çırpılıb və yanmağa başlayıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran şəhəri ərazisindən keçən, 201-ci kilometrliyində baş verib. Masallı rayon Təzə Alvadı kənd sakini 1991-ci il təvəllüdlü, Şərifov Ağabala Əlipənah oğlu idarə etdiyi 44-BU-294 nömrə nişanlı, "VAZ 2107" markalı avtomaşınla, yağışlı hava şəraitində idarəetməni itirərək yoldan çıxıb.

Avtomobil yol kənarında ağaca çırpılaraq yanmağa başlayıb. Sürücü yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh