Yol polisini «rüşvət videosu» ilə şantaj etdi; həbs olundu

Yol polisi 9 Oktyabr 2015 14:33 Oxunub 3059
Yol polisini «rüşvət videosu» ilə şantaj etdi; həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda polisləri şantaj edərək 3 min manat istəyən şəxs pulu alarkən tutulub

Azərbaycanda polisi şantaj edən şəxs tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də Biləsuvar RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb edib. Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Araşdırmalar davam etdirilir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh